UEFA Çempionlar Liqasının tarixində ilk dəfə hakimlərə videokömək sistemindən (VAR) “Ayaks” - “Real” matçında istifadə edilib.
“Qafqazinfo” xəbər verir ki, matçın 38-ci dəqiqəsində “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonun 38-ci dəqiqədə vurduğu qol mübahisəli hesab edilib.
Sloveniyalı baş hakim Damir Skomina VAR sisteminə müraciət edərək epizoda yenidən baxıb və qolu qeydə almayıb.
Bununla da ÇL-də ilk dəfə bu system icra edilməyə başlayıb.
Qeyd edək ki, oyun “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Son xəbərlər
Son Xəbərlər