Çempionlar Liqasında ilk finalçı məlum oldu - Yenilənib+Video

cempionlar-liqasinda-ilk-finalci-melum-oldu
Oxunma sayı: 4870

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilir.

Qafqazinfo” xəbər verir ki, “Bavariya” “Alyans Arena”da ilk matçda 0:1 hesabı ilə uduzduğu “Atletiko”nu qəbul edir.

Artıq cavab oyunu üçün heyətlər müəyyənləşib:

“Bavariya”: Noyer, Xavi Martinez, Riberi, Levandovski, Duqlas Kosta, Xabi Alonso, Boatenq, Lam (k), Vidal, Alaba, Müller

Ehtiyat oyunçular: Ulrayx, Taşçı, Tiaqo Alkantara, Rafinya, Qötze, Koman, Kimmix

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saul Niqes, Xuanfran, Ximenes

Ehtiyat oyunçular: Moya, Saviç, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Vietto.

***

Oyunun 31-ci dəqiqəsində “Bavariya” oyunda hesab açdı. Xabi Alonso komandasının ilk qolunu vurur.

***

Oyunun 34-cü dəqiqədə “Atletiko”nun qapısına 11 metrlik cərimə zərbəsi təyin edilir. Amma Müller zərbəni dəqiq yerinə yetirə bilmir. 

***

Oyunda ilk hissə başa çatır. 

***

Oyunun 54-cü dəqiqəsində “Atletiko” hesabı bərabərləşdirir. Qrizmann matçın ikinci qolunu vurur. 

***

Oyunun 74-cü dəqiqəsində Levandovski “Bavariya”nın 2-ci qolunu vurur. Hesab 2:1 “Bavariya”nın xeyrinədir. 

***

84-cü dəqiqədə “Atletiko”nun futbolçusu Torres rəqib qapısına təyin edilmiş penalti qolunu vura bilmir. 

***

Oyun başa çatır, ilk oyunun nəticəsinə uyğun olaraq “Atletiko” finala vəsiqə qazanır.