Çempionlar Liqasında ilk finalçı müəyyənləşir - Yenilənir

cempionlar-liqasinda-ilk-finalci-mueyyenlesir
Oxunma sayı: 758

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Monako”nu qəbul edəcək. Fransada keçirilən qarşılaşmada turinlilər 2:0 hesabı ilə qalib gəlmişdilər.

Digər qarşılaşma isə mayın 10-da Madriddə keçiriləcək. “Atletiko” doğma meydanında “Real”ı qəbul edəcək. İlk görüşdə “Santyaqo Bernabeu”da 3-0 hesabı ilə məğlub olan “Atletiko”nun növbəti mərhələyə çıxması üçün 4 top fərqi ilə qalib gəlməsi lazımdır.

9 may

“Yuventus” - “Monako”

10 may

“Atletiko” - “Real”