Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

cempionlar-liqasinda-ilk-finalci-mueyyenlesir
Oxunma sayı: 1359

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmalar koronavirus pandemiyasına görə Portuqaliyada keçirilir və bir oyundan ibarətdir.
 
1/4 finalda Madrid “Atletiko”sunu mübarizədən kənarlaşdıran “Leyptsiq” (Almaniya), bu mərhələdə Fransa çempionu PSJ ilə qarşılaşacaq.
 
Yarımfinalın digər matçında Almaniya nəhəngi “Bavariya” ilə “Olimpik” (Lion, Fransa) üz-üzə gələcək.
 
UEFA Çempionlar Liqası
Yarımfinal
18 avqust
 
23:00. “Leyptsiq” (Almaniya) – PSJ (Fransa)