Çempionlar Liqasında ölüm-qalım oyunu

cempionlar-liqasinda-olum-qalim-oyunu
Oxunma sayı: 653

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E, F, G və H qruplarında 8 oyun baş tutacaq. E qrupunda “Çelsi” növbəti mərhələyə adlamaq uğrunda “Valensiya” ilə həlledici görüşə çıxacaq. F qrupunda bu tur qrup liderliyini təmin etmiş “Arsenal”dan başqa bütün komandalar üçün əhəmiyyət kəsb edir. Hər üç komandanın pley-offa çıxmaq şansı qalıb. G qrupunda “Portu” qrup mərhələsini adlamaq üçün evdə “Zenit”i mütləq məğlub etməlidir. H qrupunda isə yalnız Avropa Liqasına vəsiqə verən 3-cü pillə uğrunda mübarizə davam edir.
E qrupu

23:45. “Genk” (Belçika) – “Bayer” (Leverkuzen)
23:45. “Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya)


F qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) – “Marsel” (Fransa)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)


G qrupu
23:45. “Porto” (Portuqaliya) – “Zenit” (Rusiya)
23:45. APOEL (Kipr) – “Şaxtyor” (Donetsk, Ukrayna)

H qrupu

23:45. “Viktoriya” (Plzen, Çexiya) – “Milan” (İtaliya)
23:45. “Barselona” (İspaniya) – BATE (Belarus)


Ceyhun Əhmədov