Çempionlar Liqasında son 1/4 finalçılar kim olacaq?

cempionlar-liqasinda-son-14-finalcilar-kim-olacaq
Oxunma sayı: 2952

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/4 finala yüksələcək daha 2 komanda müəyyənləşəcək. 

İspaniyanın “Vilyarreal” klubu İtaliyada “Yuventus”la üz-üzə gələcək. Komandalar arasındakı ilk dueldə 1:1 hesabı qeydə alınıb.  

Digər oyunda “Çelsi” Fransada “Lill” ilə qarşılaşacaq. Londondakı ilk qarşılaşmada “zadəganlar” 2:0 hesablı qələbə qazanıblar.
 
UEFA Çempionlar Liqası, 1/8 final
Cavab oyunları
16 mart

00:00. “Yuventus” (İtaliya) – “Vilyarreal” (İspaniya)
Baş hakim: Şimon Marçinyak
İlk oyun - 1:1

00:00. “Lill” (Fransa) – “Çelsi” (İngiltərə)
Baş hakim: Davide Massa
İlk oyun - 0:2

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Liverpul” və “Mançester Siti”, İspaniyanın “Real” və “Atletiko”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” klubları 1/4 finala vəsiqə əldə edib.