Çempionlar Liqasındakı rəqiblərimiz müəyyənləşdi

cempionlar-liqasindaki-reqiblerimiz-mueyyenlesdi
Oxunma sayı: 1419

Voleybolçu qadınlar arasında Çempionlar Liqasının 2016-2017 mövsümünün püşkatma mərasimi keçirilib.

“Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, püşk nəticəsində Azərbaycan çempionu "Azərreyl"lə vitse-çempion "Telekom"un rəqibləri müəyyənləşib.

"A" Qrupu: "Ximik" (Polşa), "İmoko Konelyano" (İtaliya), "Telekom" (Azərbaycan), təsnifat mərhələsində 3 cütünün qalibi;

"B" Qrupu: "Dinamo" (Moskva, Rusiya), "Volero" (İsveçrə), "Alba" (Rumıniya), təsnifat mərhələsində 4 cütünün qalibi;

"C" Qrupu: "Azərreyl" (Azərbaycan), "Sent-Rafael Var" (Fransa), "Fənərbağça" (Türkiyə), təsnifat mərhələsində 2 cütünün qalibi;

"D" Qrupu: "Vakıfbank" (Türkiyə), "Drezdner" (Almaniya), "Uraloçka" (Rusiya), təsnifat mərhələsində 1 cütünün qalibi.

Qeyd edək ki, qrup mərhələsində oyunlara oktyabrın 18-də start veriləcək. Qalib isə gələn il aprelin 23-də müəyyənləşəcək.