Çempionlar Liqasını qazanan nəvə və baba - Tarixdə ilk

cempionlar-liqasini-qazanan-neve-ve-baba
Oxunma sayı: 3916

"Çelsi"nin müdafiəçisi Markos Alonso Çempionlar Liqasıda 2020/2021 mövsümünün qalibi olub.

"Qafqazinfo" xəbər verir ki, 30 yaşlı futbolçu babası Markitos Alonso ilə birgə tarixdə böyük bir Avropa yarışmasında qalib gələn ilk nəvə və babadır.

Markitos Alonso 1956-ci ildən 1960-cı ilə qədər "Real"la ardıcıl beş dəfə Çempionlar kubokunu qazanıb. O, 2012-ci ildə 78 yaşında vəfat edib.