Çempionlar Liqasının formatı dəyişdiriləcək

cempionlar-liqasinin-formati-deyisdirilecek
Oxunma sayı: 2594

UEFA futbol üzrə Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, yenilikləri 2024/25 mövsümündən tez tətbiq etmək mümkün deyil. Yeni dəyişikliyə əsasən, yarımfinal və final matçlarının əvəzinə “Dördlər finalı” təşkil olunacaq. Bu halda yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv ediləcək.