Çempionlar Liqasının püşkü atılır

cempionlar-liqasinin-pusku-atilir
Oxunma sayı: 787


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.

Qrup mərhələsində 32 komanda iştirak edəcək. Onlardan 22-si birbaşa qrupa vəsiqə qazanıb, 10-u play-offun qalibidir. 32 komanda 8 qrupa bölünəcək. UEFA iştirakçıları 4 səbətə bölüb və hərəsində 8 komanda yer alıb. Hər səbətdən qrupa bir komanda düşəcək.

Qrupda Azərbaycan təmsilçisi olmasa da, ölkəmizdə böyük azarkeş kütləsinə sahib Türkiyə "Qalatasaray"ı mübarizə aparacaq. İstanbul nəhəngi 3-cü səbətdədir. 

Qrup mərhələsində ən çox komanda ilə İspaniya, İngiltərə və Almaniya təmsil olunacaq - 4. Portuqaliyaın 3, İtaliya, Fransa və Rusiyanın 2, İsveç, Bolqarıstan, Cənubi Kipr, Belarus, Sloveniya, Ukrayna, Hollandiya, Türkiyə, Belçika, Yunanıstan və İsveçrənin isə 1 komandası bu mərhələdə iştirak edəcək.

1-ci səbət 2-ci səbət

Real (İspaniya) Şalke 04 (Almaniya)

Barselona (İspaniya) Borussiya (D, Almaniya)

Bavariya (Almaniya) Yuventus (İtaliya)

Çelsi (İngiltərə) PSJ (Fransa)

Benfika (Portuqaliya) Şaxtyor (Ukrayna)

Atletiko (İspaniya) Bazel (İsveçrə)

Arsenal (İngiltərə) Zenit (Rusiya)

Porto (Portuqaliya) Mançester Siti (İngiltərə)


3-cü səbət 4-cü səbət

Bayer (Almaniya) Anderlext (Belçika)

Olimpiakos (Yunanıstan) Roma (İtaliya)

ÇSKA (Rusiya) Ludoqorets (Bolqarıstan)

Ayaks (Hollandiya) APOEL (Kipr)

Liverpul (İngiltərə) BATE (Belarus)

Sportinq (Portuqaliya) Maribor (Sloveniya)

Qalatasaray (Türkiyə) Monako (Fransa)

Atletik (İspaniya) Malmö (İsveç)