“Qafqazinfo” xəbər verir ki, “Liverpul” öz meydanında “Mançester Siti”ni qəbul edəcək. Hazırda 74 xalla turnir cədvəlinin lideri olan “Liverpul” iki oyun az keçirən və 70 xalla III olan “Mançester Siti”ni qəbul edəcək. Aprelin 13-də Bakı vaxtı ilə 17:37-də başlayacaq oyuna maraq hədsiz dərəcədə böyükdür. Qalib gələn komanda, 3 xalı qazanan tərəf çempionluq yolunda ciddi addım atmış olacaq. “Liverpul” 3 xalı qazansa, əsas rəqiblərindən biri, “Siti”ni artıq zərərsizləşdirmiş olacaq və “Çelsi” ilə olan 2 xallıq fərq qorunacaq. II yerdə olan “Çelsi”nin isə 72 xalı var “Çelsi” bu tur “Suonsi Siti” səfərinə çıxacaq.
İqbal
Son xəbərlər
Son Xəbərlər