Çempionşipdə daha 2 futbolçuda koronavirus aşkarlandı

cempionsipde-daha-2-futbolcuda-koronavirus-askarlandi
Oxunma sayı: 780

İngiltərə Çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.

“Qafqazinfo” xəbər verir ki, analizlər nəticəsində daha 2 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.

Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.

Daha əvvəl Çempionşipdə “Hall Siti”, “Blekbern” və “Fulhem” klubları onlarda virusa yoluxanların olduğunu açıqlamışdı.