Bu gün Avropa Liqasının qalibinin adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, final görüşündə “Liverpul” və “Sevilya” üz-üzə gəlir.
Bazeldəki “Sent Yakob-Park” stadionunda keçirilən oyunda komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:
“Liverpul”: Minyole, Klayn, Ture, Lovren, Milner (k), Koutinyo, Firmino, Moreno, Lallana, Staric, Can
Ehtiyat oyunçular: Vard, Benteke, Lukas, Henderson, Skrtel, Origi, Allen
“Sevilya”: Soria, Rami, Krıxovyak, Daniel Karrisu, Qameyro, Nzonzo, Baneqa, Eskudero, Vitolo, Koke (k), Mariano Ferreyra
Ehtiyat oyunçular: Riko, Kolodzeyçek, İborra, Kristoforo, Pareja, Konoplyanka, Llorente.
***
“Liverpul”un oyunçusu Staric oyunun 35-ci dəqiqəsində hesabı açır. Hesab 1:0 bu komandanın xeyrinədir.
***
Oyunda ilk hissə başa çatır. “Liverpul” fasiləyə qalib ayrılır.
***
Matçın 46-cı dəqiqəsində Qameyro “Sevilya”nın oyunda ilk qolunu vuraraq hesabı bərabərləşdirir.
***
64-cü dəqiqədə “Sevilya” oyunda ikinci qolunu vurur. Hesab 2:1 “Sevilya”nın xeyrinədir. (Koke)
***
Oyunun 69-cu dəqiqəsində “Sevilya”nın kapitanı Koke oyunda özünün ikinci, komandasının isə üçüncü qolunu vurur. Hesab 3:1 “Sevilya”nın xeyrinədir.
***
“Sevilya” 3:1 hesablı qəbələylə Avropa Liqasının qalibi adını qazanır.
Son xəbərlər
Son Xəbərlər