Çempionunun güllələnməsi haqda - Rəsmi açıqlama

cempionunun-gullelenmesi-haqda-
Oxunma sayı: 3440

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq maşınında güllələnərək qətlə yetirilən dünya çempionu barədə açıqlama verib.

“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, fevralın 20-də Gəncə şəhərində 1982-ci il təvəllüdlü Cəlilov Elmir Elqədər oğlunun odlu silahla qətlə yetirilməsi faktına görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Tağıyev Anar Şahin oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. A.Tağıyev cinayətin aləti olan lüləsi kəsilmiş ov tüfəngini istintaqa təhvil verib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Murad Əhməd