“Cenevrədə Mirzoyanla Bayramovun görüşü olacaq”

cenevrede-mirzoyanla-bayramovun-gorusu-olacaq
Oxunma sayı: 1220

“Oktyabrın 2-si Cenevrədə Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin görüşü keçiriləcək”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan açıqlayıb.

Xatırladaq ki, tərəflər sonuncu dəfə sentyabrın 20-si Nyu-Yorkda bir araya gəlib. Belə ki, burada ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib.