Qış fasiləsində icarə əsasında "Kristal Pelas"a keçən Cenk Tosun müqavilə ilə məxsus olduğu “Everton”a qayıdıb.
"Qafqazinfo" xəbər verir ki, 28 yaşlı hücumçunun icarədən vaxtından tez qayıtmasına dizindən aldığı ağır zədə olub.
Türkiyə millisinin üzvü müalicəsini Liverpul klubunda etdirəcək. Onun 6-7 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Cenk Türkiyə yığmasına Avropa çempionatında kömək edə bilməyəcək.
Qeyd edək ki, hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.
Son xəbərlər
Son Xəbərlər