Cenk Tosun rəsmən “Fənərbaxça”da

cenk-tosun-resmen-fenerbaxcada
Oxunma sayı: 3210

Türkiyə millisinin hücumçusu Cenk Tosun karyerasını “Fənərbaxça”da davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi sosial şəbəkə hesabında məlumat paylaşıb.

33 yaşlı forvardla 2 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Cenk Tosun bundan öncə “Beşiktaş”da çıxış edib.