Çənlibel gölündə kabab çəkənlər cərimələndi

cenlibel-golunde-kabab-cekenler-cerimelendi
Oxunma sayı: 3961

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb. 

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər. 

Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.