69 yaşlı türkiyəli müğənni, aktyor Özkan Uğurda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin 3 aydır, reanimasiyada müalicə olunduğu bildirilib.
Sənətçinin bədənindən xərçəngli hücrələrin təmizləndiyi, ancaq hazırda böyrəyi ilə bağlı narahatlıq olduğu ortaya çıxıb.
Həmçinin, bir neçə gündür məşhurların ad vermədən qan axtardığı şəxsin də Uğur olduğu ortaya çıxıb.
Qeyd edək ki, Özkan Uğur bir zamanların məşhur "Cennet mahallesi" serialında "Beter Ali" obrazını canlandırıb.

Son xəbərlər
Son Xəbərlər