“Cənnət Park”dakı yanğında 4 FHN əməkdaşı xəstəxanalıq oldu

cennet-parkdaki-yanginda-4-fhn-emekdasi-xestexanaliq-oldu
Oxunma sayı: 1452

“Cənnət Park” yaşayış kompleksində yanğın baş verib. 

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində 4-ü FHN əməkdaşı olmaqla, 5 nəfər xəsarət alıb:
 
Bir nəfər qadın sakin sifətin və yuxarı ətrafların I və II dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub. 

Xəsarət alanların vəziyyəti yaxşıdır, hal-hazırda onlara ambulator yardım göstərilir.

Günel Hacı