Cennifer Lopez yeni sevgilisindən də ayrıldı - Fotolar

cennifer-lopez-yeni-sevgilisinden-de-ayrildi
Oxunma sayı: 3091

Müğənni Cennifer Lopez sevgilisi Dreykdən ayrılıb.

“Qafqazinfo” “spletnik.ru”ya istinadən xəbər verir ki, cütlüyün hər kəsin maraqla izlədiyi münasibəti iki ay çəkib.

İfaçıya yaxın mənbələrin sözlərinə görə isə Cennifer və Dreyk münasibətlərinə fasilə veriblər. Buna səbəb onları gərgin iş qrafiklərinin olmasıdır.

Digərləri isə bu münasibətin ilk gündən ciddi olmadığını vurğulayıblar.

Qeyd edək ki, bir müddət əvvəl Dreyk Cenniferə 100 min dollarlıq libas hədiyyə edərək onun uşaqları ilə tanış olmuşdu.