Bir müddət əvvəl Ben Afflekdən ayrılan məşhur müğənni və aktrisa Cennifer Lopez onun ən yaxın dostu, aktyor Mett Deymonla görüntülənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Dərc olunmuş fotoşəkillərdə filmin premyerasından sonra əyləncə gecəsi zamanı Deymonun Cenniferin uzun nitqini diqqətlə dinlədiyi, sonra onun əlindən tutaraq sakitləşdirdiyi əks olunub.
Nəşrin məlumatına görə, Ben Afflekin dostu onun keçmiş həyat yoldaşı ilə münasibətində vasitəçi ola bilər.
Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa edib, 2022-ci ildə isə nəhayət evləniblər.