Bir neçə dəqiqə əvvəl cənub bölgəsində zəlzələ baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunur ki, zəlzələ Lənkəran, Lerik və Masallı rayonlarında hiss olunub.
***
Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.
Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Son xəbərlər
Son Xəbərlər