Cənubi Afrikada məscid yandırıldı - Fotolar

cenubi-afrikada-mescid-yandirildi-fotolar
Oxunma sayı: 737

Cənubi Afrikanın Durban şəhərində Fayzane Maryam məscidinə hücum olub.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında məscidi yandırıblar.

Hadisə nəticəsində məscid yararsız hala düşüb.

Hazırda hücum edən şəxslərin yaxalanması istiqamətində tədbirlər aparılır.

Qeyd edək ki, ötən ilin may-iyun aylarında C.Afrikada məscidlərə edilən hücumlar nəticəsində 3 nəfər ölüb, bir çox ibadət ocağına ciddi ziyan dəyib.