Cənubi Amerikada koronavirus yayılır - Bu ölkədə də tapıldı

cenubi-amerikada-koronavirus-yayilir
Oxunma sayı: 2240

Surinam hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alındığını bildirib, hava məkanının bağlanması qərara alınıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “DWT Online” ölkənin vitse-prezidenti Asxvin Adxina istinadən yazıb.

Qeyd edilir ki, xəstələnən Surinama Niderlanddan gəlib.

Nəşr yazır ki, vitse-prezidentin sözlərinə görə, cümə günü gecəyarısından etibarən Surinamın hava məkanı bağlı olacaq.

Xatırladaq ki, koronavirus daha əvvəl Cənubi Amerikanın Ekvador, Argentina, Çili, Peru, Braziliya, Kolumbiya və Uruqvay kimi ölkələrində qeydə alınıb.