Cənubi Koreya bu tarixdən 6G şəbəkəyə keçir

cenubi-koreya-bu-tarixden-6g-sebekeye-kecir
Oxunma sayı: 2186

Cənubi Koreya 2028-ci ildə ölkədə altıncı nəsil mobil rabitəni (6G) işə salmaq niyyətindədir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda hökumət 6G-nin tədqiqi və inkişafı üzrə hazırlanan layihənin texniki tərəflərini müzakirə edir. Layihənin dəyəri ümumilikdə 481,7 milyon dollardır.