Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına xüsusi elçi göndərməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Prezident Admnistrasiyası bəyan edib. Bildirilir ki, elçi Şimali Koreyaya sentyabrın 5-i göndəriləcək.
Pxenyana yollanan xüsusi nümayəndə iki ölkə liderinin görüşünə hazırlıqları müzakirə edəcək, eləcə də denuklearizasiya məsələləri barədə danışacaq.
Şimali Koreyaya göndəriləcək xüsusi elçinin kimliyi isə hələ müəyyən olunmayıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər