Seulda Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreyadan olan nümayəndə heyəti arasında tarixi görüş baş tutub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, KXDR-dən olan nümayəndə heyətinə ölkə başçısı Kim Çen Inın bacısı başçılıq edib.
Bu, Koreya müharibəsində sonra iki ölkə arasında ən yüksək səviyyəli görüş olub. Bundan başqa, Kim Çen Yo Şimali Koreya liderinin ailəsindən Cənubi Koreyaya səfər edən ilk şəxsdir.
Cənubi Koreya lideri nümayəndə heyətini prezident sarayında qəbul edib. Görüşdən sonra qonaqların şərəfinə nahar verilib.
Xatırladaq ki, Kim Çen In olimpiadanın açılışında iştirak etməsi üçün bacısını Cənubi Koreyaya göndərib.

Son xəbərlər
Son Xəbərlər