Cənubi Koreya Prezidentinin qayınanası saxlanıldı

cenubi-koreya-prezidentinin-qayinanasi-saxlanildi
Oxunma sayı: 3180

Cənubi Koreya Prezidenti Yun Sok Yolun qayınanası Çxve In Sun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə “Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir.

O, hesabdakı balans haqqında bank sənədini saxtalaşdırmaqda ittiham olunur.

Agentlik qeyd edir ki, 76 yaşlı Çxve In Sun məhkəmədə günahsız olduğunu deyib, apellyasiya şikayəti rədd edildikdən sonra isə huşunu itirib.

Xatırladaq ki, Prezidentin qayınanasının adı daha əvvəl də cinayətlərdə hallanıb.