Cənubi Koreyada 5 rus dənizçisi həbs olundu

cenubi-koreyada-5-rus-denizcisi-hebs-olundu
Oxunma sayı: 742

Cənubi Koreya məhkəməsi Rusiyaya məxsus “Palladiy” gəmisinin 5 dənizçisi barədə həbs qərarı verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə Rusiyanın Pusan şəhərindəki konsulu Roman Bıkov məlumat verib.

Onun sözlərinə görə, gəmi sahibi 2,5 il, kapitana 1 il, daha 3 dənizçi isə 10 ay müddətinə azadlıqdan məhrum edilib. 

Diplomatın sözlərinə görə, qərar gələn həftədən qüvvəyə minəcək. Bu müddət ərzində dənizçilər appelyasiya məhkəməsinə etiraz edə bilərlər. 

Qeyd edək ki, “Palladiy” tankeri 2018-ci ilin avqustunda əmək haqqı borcuna görə saxlanılıb.