Cənubi Koreyada 7 minə yaxın insan koronavirusa yoluxub

cenubi-koreyada-7-mine-yaxin-insan-koronavirusa-yoluxub
Oxunma sayı: 1030

Ötən gün ərzində Cənubi Koreyada koronavirusa 483 yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Koreyanın Səhiyyə Nazirliyi nəzdində Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, bu rəqəm Çinlə müqayisədə 5 dəfə çoxdur. Bununla da ölkədə “COVİD-19”a yoluxanların sayı 6767-yə çatıb.

Cənubi Koreyanın xəstəxanalarında bir gündə bu təhlükəli virusun yaratdığı yeni pnevmoniya növündən daha 2 nəfər ölüb. Belə ki, daha əvvəl 44 xəstə koronavirusdan ölmüşdü.

Ümumilikdə 118 xəstə sağalaraq evə buraxılıb.