Cənubi Koreyada 91 nəfər yenidən koronavirusa yoluxdu

cenubi-koreyada-91-nefer-yeniden-koronavirusa-yoluxdu
Oxunma sayı: 1507

Cənubi Koreyada koronavirusdan sağalan 91 nəfər yenidən virusa yoluxub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xəstəliklərə Nəzarət Tədbirləri Mərkəzinin məlumatında deyilir. Bundan əvvəl isə sağalan daha 52 nəfərdə də yenidən Covid-19 aşkarlanmışdı.

Qeyd edək ki, Cənubi Koreyada koronavirusdan 208 nəfər dünyasını dəyişib, 10 min 450 nəfər isə virus daşıyıcısıdır.