Cənubi Koreyada helikopter qəzası - Ölənlər var

cenubi-koreyada-helikopter-qezasi
Oxunma sayı: 958

Cənubi Koreyanın Yanqyan bölgəsində mümkün meşə yanğınlarını aşkar etmək üçün havaya qalxan helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.

Helikopter yerli vaxtla səhər saat 10:50 radələrində yerli Buddist məbədi yaxınlığındakı yüksək əraziyə düşüb.

Qəzada parça-parça olan helikopterdə baş verən yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.