Cənubi Koreyada ölkənin Hərbi-Hava Qüvvələrinin təlim-məşq təyyarəsi qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.
Qəza nəticəsində 3 nəfər həlak olub, daha 1 nəfər isə yaralanıb.
Hadisə ölkənin cənubunda Saçxon şəhərinin ərazisində baş verib.
Qəzanın detalları hələlik məlum deyil.
Son xəbərlər
Son Xəbərlər