Cənubi Koreyada hoteldə yanğın, 6 nəfər infarktdan öldü - Foto

cenubi-koreyada-hotelde-yangin-6-nefer-infarktdan-oldu
Oxunma sayı: 1106

Cənubi Koreyanın Busan şəhərində tikintisi başa çatmayan hoteldə yanğın baş verib.

“Qafqazinfo” “The Korea Herald”a istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 25 nəfər yüngül xəsarətlər alıb. 100-ə yaxın insan isə təxliyə edilib.

İlkin məlumata görə, vəfat edənlər həyəcandan infarkt keçiriblər.

Yanğının hoteldə izolyasiya materiallarının saxlandığı birinci mərtəbədə başladığı güman edilir.