Cənubi Koreyada istilər 42 nəfərin həyatına son qoydu

cenubi-koreyada-istiler-42-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1238

Cənubi Koreyada havaların həddindən artıq isti keçməsi səbəbiylə 42 nəfər həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mayın sonundan etibarən ölkədə 111 ilin ən ist hava şəraiti qeydə alınıb.

Temperaturun 40 dərəcəyə yüksəldiyi ölkədə, təxminən 3500 nəfər xəstəxanalara yerləşdirilib. Onların çoxundan beyinə qansızma müşahidə edilib.

Hökumət son iki ayda elektrik qiymətlərini endirməklə insanları kondisioner istifadə etməyə təşviq edib.