Cənubi Koreyada istilər səbəbindən 27 nəfər ölüb

cenubi-koreyada-istiler-sebebinden-27-nefer-olub
Oxunma sayı: 1733

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatlarına görə, ölkə ərazisində mövsümi normaları aşan temperatur həyata mənfi təsir göstərməkdə davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istilər səbəbindən həyatını itirənlərin sayı 27-yə yüksəlib.

Həddindən artıq istilərin yaratdığı xəstəliklərlə xəstəxanaya yerləşdirilənlərin sayının 2 min 58-ə yüksəldiyini qeyd edən səlahiyyətlilər, xəstəxanaya müraciət edənlərin 30,9 faizinin 65 yaş və daha çox olduğunu açıqlayıb.

Məlumata görə, sentyabr ayına qədər istilərlə bağlı ölüm hallarının artacağı gözlənilir.