Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkilərinə start verilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına əsasən 13 namizəd prezident postu uğrunda mübarizə aparacaq.
Seçkilərdə Şimali Koreya ilə yaxınlaşmağı dəstəkləyən Demokrat partiyasının təmsilçisi Mun Jae İn favorit hesab olunur. Onu rəy sorğusunda iştirak edənlərin 42,4%-i dəstəkləyib. O, həmçinin ölkədə iqtisadi canlanma yaratmaq üçün 8.8 milyard dollarlıq əlavə büdcə artımına da vəd verib.
Səsvermə Bakı vaxtı ilə 20:00-da başa çatacaq.
Qeyd edək ki, martın 10-da Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezident Pak Kın Xenin impiçmentini təsdiqləyib. O rüşvətxorluqda, hakimiyyətdən sui-istifadədə və məxfi məlumatları rəfiqəsi Tsoy Sun Silə ötürməkdə ittiham olunur.
Son xəbərlər
Son Xəbərlər