Cənubi Koreyanın Tedjon şəhərində silah-sursat istehsal edilən zavodda partlayış baş verib.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib.
Partlayışın reket mühərriki yağının alışması nəticəsində baş verdiyi ehtimal edilir. Yekun rəy aparılacaq istintaqdan sonra məlum olacaq.
Qeyd edək ki, eyni zavodda 2018-ci ilin mayında baş vermiş partlayışda 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Son xəbərlər
Son Xəbərlər