Cənubi Koreyada temperatur mənfi 39-a endi

cenubi-koreyada-temperatur-menfi-39-a-endi
Oxunma sayı: 3006

Cənubi Koreyada temperatur rekord səviyyəyə enib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Meteorologiya İdarəsi məlumat verib.

Belə ki, paytaxt Seulda temperatur mənfi 25, ölkənin digər ərazilərində isə mənfi 39,3-ə kimi enib.

Müxtəlif bölgələrdə yağan güclü qar və külək həyata mənfi təsir edib. Əlverişsiz hava şəraiti səbəbindən azı 476 reys təxirə salınıb.