Cənubi Koreyanın keçmiş Prezidenti vəfat etdi

cenubi-koreyanin-kecmis-prezidenti-vefat-etdi
Oxunma sayı: 967

Cənubi Koreyanın sabiq Prezidenti Ro De U 88 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Ro De U 1988-ci ilin fevralından 1993-cü ilin fevralına qədər ölkəyə rəhbərlik edib.

Qeyd edək ki, Ro De U ölkənin yenidən seçilmək hüququ olmadan 5 il müddətinə seçilən ilk Prezidenti olub.