Cənubi Osetiya separatçılarının üç keçmiş məmurunun həbsinə order verildi

cenubi-osetiya-separatcilarinin-uc-kecmis-memurunun-hebsine-order-verildi
Oxunma sayı: 1240

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi 2008-ci il müharibəsi ilə bağlı aparılan istintaq çərçivəsində Cənubi Osetiya separatçılarının üç keçmiş məmurunun həbsinə order verib.

“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, bunlar Mixail Mayramoviç Mindzayev (Cənubi Osetiya “Daxili İşlər Nazirliyi”nin keçmiş faktiki rəhbəri), Hamlet Quçmazov (“DİN”in 2008-ci ildə istintaq təcridxanasının rəisi və David Georgieviç Sanakoevdir (2008-ci ildə “faktiki prezident”in insan hüquqları üzrə müvəkkili).

Onların hər üçü hərbi cinayətlərdə təqsirli bilinib.