Cənubi Sudanın vitse-prezidenti ilə xanımı koronavirusa yoluxdu

cenubi-sudanin-vitse-prezidenti-ile-xanimi-koronavirusa-yoluxdu
Oxunma sayı: 954

Cənubi Sudanın Vitse-prezidenti Riek Maşar və xanımı Ancelina Teni koronavirusa yoluxublar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Maşar ailəsi ilə yanaşı, ofisində çalışan işçilərdə və cangüdənlərində də Covid-19 aşkarlanıb. Maşarın aprelin 27-də verdiyi test neqativ çıxsa da, təkrar analizi pozitiv nəticə göstərib.

Hazırda vitse-prezidentlə xanımı özünütəcrid rejimindədirlər.