İngilis komediyaçı və aktyor Ceremi Hardi onkoloji xəstəlikdən dünyasını dəyişib.
“Qafqazinfo”nun “BBC”yə istinadən verdiyi xəbərə görə, Hardi fevralın 1-də 57 yaşında ailə üzvlərinin əhatəsində vəfat edib. İnformasiyanı aktyorun nümayəndəsi Amanda Emeri təsdiqləyib.
Qeyd edək ki, C. Hardi “Keçid dövrü”, “Otel” kimi bir sıra filmlərdə rol alıb. O, müxtəlif yumoristik şoularda çəkilib, Böyük Britaniyada vətəndaş müharibəsindən bəhs edən sənədli filmlər çəkib, eləcə də bir neçə kitab yazıb.
Son xəbərlər
Son Xəbərlər