Ekspert Ərşad Hüseynov mühərrikin işlənmiş qazlarının tərkibinin normativə uyğun olmadığı halda ödəniləcək cərimənin miqdarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, ekspert qeyd edib ki, bununla bağlı cərimə 50 manatdır:
“Yəni bu cərimənin 150 manat olması haqqında yayılan məlumatlar əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir”.
Son xəbərlər
Son Xəbərlər