Cərimə ödəmək asanlaşdı

cerime-odemek-asanlasdi
Oxunma sayı: 3856


“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərləzindən deyiblər. Ödənişi Daxili İşlər Nazirliyinin göstərdiyi elektron xidmətlər bölməsində etmək mümkündür. Hazırda nazirliyin göstərdiyi elektron xidmətlər siyahısına 3 xidmət daxildir: fərdi eyniləşdirmə nömrələri üzrə şəxsi məlumatların axtarışı, cərimə və rüsumların ödənişi, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları haqqında məlumatın əldə edilməsi.

DİN-in təqdim etdiyi sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur.