Adının çəkilməsini istəməyən Bakı sakini deyir ki, aprel ayının 2-də Nərimanov metrosunun yanında Təbriz küçəsini keçdiyi zaman Post Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimələnib: “Mənə dedilər ki, piyadalar üçün nəzərdə tutulan yerdən keçmədiyin üçün cərimə yazacağıq. PPX əməkdşalarından vəsiqə nömrəsini göstərmələrini tələb etsəm də onlar buna razı olmadılar. İsrarımdan sonra mənə nömrəni göstərdilər. Bildirdim ki, burada piyadalar üçün nəzərdə tutulan yer işarəsi yoxdur. Mənə yolun əks tərəfindəki metro işarəsini göstərdilər. Qeyd edim ki, həmin ərazidə əks tərəfdəki metro girişi ticarət obyektləri ilə əhatə olunduğundan ümumiyyətlə görünmür. Bu vəziyyətdən PPX əməkdaşları sui-istifadə edirlər. Şikayətimdən sonra müstəntiq gəlib üzr istədi və mən bundan sonra cəriməni ödədim”.
Bakı sakini bu zaman daha bir faktın şahidi olduğunu deyir: “DYP tərəfindən mənə yazılan protokol və hökumət ödəniş qəbzinə baxdıqda açıq -aşkar ciddi korrupsiya faktının olması ehtimal olunur. Protokolda adım, soyadım, ünvanım tam yazıldığı halda, sistemə tam başqa şəkildə daxil edildiyi göründü. Qəbzdə adım "piyada", ünvanım DYP ünvanı, qəbz nömrəsi isə protokol nömrəsindən fərqli idi. Bu barədə Baş prokror yanında Korrupsiya İdarəsinə rəsmi məktub ünvanladım. Araşdırıldıqdan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab gəldi ki, bu bizim səhvimiz deyil, Baş Dövlət Yol Polis İdarəsi bunu sistemə düzgün daxil etməyib”.
Şikayətçi faktla əlaqədar Daxili İşlər Naziri Ramil Usubova məktub ünvanlasa da, ona cavab verilməməsinə etiraz edir: “Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə bu prosesi tam olaraq araşdımayıb”.
Məsələ ilə bağlı aidiyyatlı qurumların mövqeyini dərc etməyə hazııq.
Son xəbərlər
Son Xəbərlər