Cərimə və islah işlərindən dövlət büdcəsinə daxil olan - Vəsait

cerime-ve-islah-islerinden-dovlet-budcesine-daxil-olan
Oxunma sayı: 1364

Ötən il cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə daxil olan vəsait açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə məlumat Ədliyyə Nazirliyində keçirilən müşavirə zamanı verilib.

Belə ki, 2019-cu ildə məhkəmənin qərarlarına əsasən 1.502 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 886-ı ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. İl ərzində bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 183 min saatdan çox ictimai işlərin yerinə yetirilməsi təmin edilib. Cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2.5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.