“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, Türkiyənin “Yeni Şafak” nəşri tərəflər arasında məsələnin detalları haqda yazıb.
Martın 22-də sonuncu dəfə "Samsunspor"la matçda forma geyindikdən sonra Malta ilə Bakıdakı rəsmi matç üçün Azərbaycana gedən Mahirin "pasportumun səhifəsi bitib" bəhanəsi ilə İzmirə gec getdiyini bilirsiniz. Bunun nəticəsində baş məşqçi Ayhan Akman aprelin 4-dəki "Adana Dəmirspor"la matçdan öncə Şükürovu heyətə salmayıb.
“Karşıyaka”ın əvəzedici komandası sayılan U-21-ə göndərilsə də, Mahir sən demə, burda məşq etməkdən imtina edibmiş. Ona görə də futbolçumuza 2 dəfə pul cəriməsi tətbiq olunub. Klub bir dəfə 7500, bir dəfə isə 10 min dollar şəklində Şükürovu cərimələyib. Daha sonra isə 2016-cı ilin mayına kimi müqaviləsi olan Mahirlə müqavilə birtərəfli şəkildə pozulub. Ancaq bildiyiniz kimi, Şükürov da eyni addımı atıb və klubla müqaviləsini pozub. Millimizin üzvünün isə İzmir klubundan 40 min dollar alacağı var. Ona görə də Mahir pulunu almaq üçün FİFA-ya müraciət edəcək.
Son xəbərlər
Son Xəbərlər