Azərbaycanda cəriməsini ödəməyən piyadalara qarşı sərt cəza tədbirləri görülür. "Qafqazinfo" nun məlumatına görə, belə piyadaların ölkədən çıxışına məhdudiyyət qoyulub, bankdan kredit götürülməsinə icazə verilmir. "Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət edib. V. Əsədov faktı təsdiqləyib və bildirib ki, “Yol hərəkəti haqqında” qanunun 4-cü maddəsinin tələbləri pozulursa, piyadalar inzibati qaydada məsuliyyətə cəlb olunur: "Bu günə qədər 2016-ci ildə elə 130 min piyada məsuliyyətə cəlb edilib. Cərimə məbləğinin ödənilməsi məsələsi nəzarətdədir. Piyadalrın məsuliyyətə cəlb edilməsi prosesi bundan sonra da mütləq baş tutacaq”.
Son xəbərlər
Son Xəbərlər